- Cəmiyyət

Ukrayna HHM Xəzərdən ölkəyə atılan 35 qanadlı raketin hamısını zərərsizləşdirib

İyunun 6-da yerli vaxtla saat 00:30-dan 04:00-dək Rusiya qüvvələri “X-101/X-555” havadan buraxılan qanadlı raketlərlə Ukraynaya hücum ediblər.

“Report” Ukrayna Hava Qüvvələrinin teleqram kanalına istinadən xəbər verir ki, ölkənin HHM-i atılan 35 raketin hamısı zərərsizləşdirib.

Məlumata görə, rusiyalılar hücuma Xəzər dənizi regionundan 6 ədəd “Tu-95ms” strateji bombardmançı təyyarə ilə keçiblər.

Bildirilib ki, qanadlı raketlərin əksəriyyəti paytaxt Kiyevə – “Mərkəz” hava komandanlığının məsuliyyət zonasına yönləndirilmişdi.