- Cəmiyyət, Manşet

Ukrayna kəşfiyyatı: “Rusiya Belarus ərazisinə İran istehsalı olan PUA-lar göndərir”

Rusiya Belarus ərazisinə İran istehsalı olan “Shahed-136” dron-kamikadzeləri göndərməyə davam edir.

“Report” “Ukraine online”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən bildirilib.

Məlumata görə, Rusiya oktyabrın 10-da Belarus ərazisinə 32 ədəd PUA göndərib. Vurğulanıb ki, oktyabrın 14-də daha 8 PUA-nın göndəriləcəyi planlaşdırılır.

Qeyd edilib ki, Rusiya “Shahed-136”nın adını “Qeran-2”yə dəyişib.