- Cəmiyyət

Ukrayna müdafiəçiləri ötən gecə Rusiyanın “Su-25″ni və 17 dronunu məhv edib

Ukrayna müdafiəçiləri ötən gecə Rusiya ordusunun “Su-25” qırıcısını, 17 dronunu məhv edib.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk səhifəsində yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri ötən gecə 50 aviasiya və 5 raket zərbəsi endirib:

“Aviazərbə zamanı Rusiya 11 “Şahed-136” PUA-dan istifadə edib. Onlardan 9-u vurulub. Bundan başqa ötən gecə düşmənin “Su-25” qırıcısını və 8 müxtəlif tip dronunu məhv edilib”.