- Cəmiyyət

Ukrayna Prezidenti ilə Yaponiya Baş naziri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Yaponiya Baş naziri Fumio Kişida arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə V.Zelenski tviter səhifəsində yazıb.

“Dialoqumuz davam edir. Baş nazirə Rusiyanın nüvə terroru haqqında məlumat verdim. Qlobal təhlükəsizliklə bağlı həmfikirik. Müxtəlif yardımlara və Rusiyaya qarşı sanksiyalara görə Baş nazirə təşəkkür etdim”, – paylaşımda bildirilib.