- Cəmiyyət

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb

Azərbaycandan Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ümrə ziyarətinə gedəcək növbəti qrupa daxil olmaq üçün 40-a qədər şəxs müraciət edib.

Hazırda Ümrə ziyarətlərinin təşkili üçün sənəd qəbulu davam edir.

Fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 17-də təşkil olunması nəzərdə tutulub.

Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Ziyarət yerlərinə yaxın və daha rahat hotellərin daxil edildiyi paketin qiyməti 1630 dollardır.