- Cəmiyyət, Manşet

Üzərində “Z” yazılmış hərbi texnika geniş müzakirələrə səbəb olub

Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, son bir neçə gün ərzində internetdə Rusiya Silahlı Qüvvələrinə məxsus texnikanın üzərində kvadratın içində “Z” identifikasiya işarəsi olduğuu göstərən çoxlu videolar yayılıb.

Bu, geniş müzakirəyə səbəb olub, çünki bütün bu texnika Ukrayna sərhədindən cəmi 10-40 km aralıda – Kursk və Belqorod vilayətlərində görünüb. Şərhçilər bu işarənin nə demək olduğunu düşünməyə başlayıb. Bəzi istifadəçilər vertolyotların gecələr təsadüfən öz texnikasını vurmasın deyə avadanlıqlara flüoresan boya vurulduğunu bildirir.

Bir sıra ekzotik fərziyyələr də var:
“Film çəkilir, çox maraqlı ssenaridir”,
“Bu, bizdən Zelenskiyə salamdır!”
“Zeta yunan mifologiyasında Şimal küləyi tanrısının oğullarından biridir”.

Xatırladaq ki, 2014-cü ilin avqustunda Donbasda Rusiyadan gələn yardım “Şimal küləyi” adlandırılmışdı.