Beynəlxalq Muğam Mərkəzində “Üzeyir sənətinin gənclik sədaları” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Milli Musiqi günləri ərəfəsində reallaşan konsertdə “cadeNZa” orkestri çıxış edib. Proqram çərçivəsində Ü.Hacıbəylinin “Cəngi”, İ.S.Baxın– Brandenburg concerto nömrə 3, E.Qriq Qoldberqin Süitası, Q.Qarayevin Simli kvartet nömrə 2, B.Brittenin Sadə simfoniya əsərləri səsləndirilib. Musiqili gecə Fikrət Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf” əsəri ilə başa çatıb.
Orkestrin bədii rəhbəri Samir Əsədov, solisti Afaq Qarayeva olub.
Tədbir karantin qaydalarına uyğun keçirilib.