- Cəmiyyət, Manşet

Varisləri Nağı bəy Şeyxzamanlının arxivini Azərbaycana bağışlamaq istəyir

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının varisləri onun arxivinin bir hissəsini Azərbaycana bağışlamaq istəyir.

“Report”un yerli bürosu xəbər verir ki, Şeyxzamanının hazırda ABŞ-da yaşayan nəvəsi Nağı Keykurun bacıları ilə birlikdə qərarın rəsmiləşməsi üçün Azərbaycanın müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.

Qeyd edək ki, Keykurunlar ailəsinin evində tarixi kitablar, jurnallar, əlyazmalar, səs yazılarının olduğu kasetlər, ABŞ-a gətirilən ilk Azərbaycan bayrağı, gümüş samovar və qaşıqlar, rəsm əsərləri və s. var.

Hazırda ABŞ-da Nağı bəy Şeyxzamanlının 5 nəvəsi – Belma, Şeyma, Səlimə, Sərap və Nağı yaşayır.