ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə “ən yaxşı aktyor” nominasiyası üzrə “Oskar” mükafatı alıb.
Bu barədə “Report” ABŞ-ın ABC telekanalına istinadən xəbər verir.
Filmin rejissoru Reynaldo Markus Qrindir. Mükafat uğrunda həmçinin Xavyer Bardem, Benedikt Kamberbetç, Denzel Vaşinqton və Endryu Qarfild mübarizə aparıb.
Müsabiqədə eyni zamanda rejissor Şan Heyderin “Kar valideynlərin uşağı” filmi “ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb.
Cessika Çesteyn isə “Temmi Feyin gözləri” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatının sahibi olub.
Müsabiqə zamanı Qreq Freyzer “ən yaxşı operator işi” (“Dyuna”), “Enkanto” “ən yaxşı cizgi filmi” nominasiyası üzrə, “Şüşətəmizləyən” “ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə “Oskar” qazanıblar.