“Səfirliklər festivalı” şəhərimizin ən uğurlu adətlərindən biridir. Artıq 9 ildir bu festival təşkil olunur. Mənim üçün qürurvericidir ki, Azərbaycan hər il bu festivalda iştirak edir, öz rəngarəng milli dəyərlərini nümayiş etdirir.
Bu fikirləri Azərbaycan stendini ziyarət edən Haaqa şəhərinin meri Yan Van Zanen AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, festival şəhər sakinlərinə müxtəlif ölkələrin mədəniyyətini yaxından tanımağa imkan yaradır. Sakinlər festivalı çox sevir və hər il səbirsizliklə gözləyirlər.
“Səfirliklər festivalı” beynəlxalq ideyaların uğurlu təbliğidir. Mən burda zəhməti keçən hər kəsə, hər bir iştirakçıya təşəkkür edirəm. Azərbaycan səfirliyinə də belə uğurlu stendin təşkilinə görə təşəkkürümü bildirirəm. Səfirliyiniz həmişə yüksək səviyyədə təmsil olunub. Əminəm ki, qarşıdan gələn illərdə də belə gözəl stend quracaqlar”, -deyə mer Yan van Zanen səfirliyimiz haqqında xoş fikirlərini bölüşüb.