- Mədəniyyət

“Yuxarı Gövhərağa məscidi” adlı sənədli film hazırlanıb

Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Yuxarı Gövhərağa məscidinə həsr olunmuş “Yuxarı Gövhərağa məscidi” sənədli filminin təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri və başqa qonaqlar iştirak edib.

Filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır.

Çıxış edən F.İsmayılov məscidin tarixi və erməni vandallığına məruz qalması ilə bağlı tarixi faktlardan danışıb:

“Filmə ilkin baxış yüksək qiymətləndirilib. Gələcəkdə istintaq üçün belə detallı material olduğu qeyd edilib”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Ağacavid Ramazanov qeyd edib ki, film dünya ictimaiyyətini məlumatlandırmaq nöqteyi nəzərdən əhəmiyyətldir:

“Mövzu dərin araşdırılır. Qəbir abilərinə qarşı vandalizm də diqqətə çatdırılır. Hər bir abidənin ayrılıqda tədqiqi yaxşı yanaşmadır. Nazirlik olaraq hər zaman belə layihələrə dəstək göstərməyə hazırıq”.

Daha sonra sənədli film nümayiş olunub.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova