- Cəmiyyət, Manşet

Zelenski Ukraynanın şəhər tipli qəsəbəsinin azad edildiyini təsdiqləyib

Ukrayna hərbçiləri Donetsk vilayətinin Kramatorsk rayonunun Limanski şəhər icmasında yerləşən şəhər tipli Yampol qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

Prezident Yampolun azad edilməsinə görə 214-cü əlahiddə atıcı batalyonunun, 103-cü əlahiddə müdafiə briqadasının hərbçilərinə təşəkkür edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma “Donetsk” və “Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda “xüsusi hərbi əməliyyatın” başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova