- Maraqlı

Okeanda həyat

 

Okean yaşayış üçün çox əlverişli yerdir. Ona görə də burada çoxlu canlılar var. Onlar əsasən okeanın dərin olmayan yerlərində yaşayır. Çünki quruda olduğu kimi, okeanda da canlılar Günəşi çox sevir.

 Okean canlılarının çoxu xırda su bitkiləri, əsasən yosunlar və kiçik heyvanlardır. Bu kiçik canlılar birlikdə plankton adlanır. Planktonlar yüngül olduqları üçün suda batmır, suda asılı halda qalır. Okeanın başqa sakinlərinə planktonların böyük xeyri dəyir. Məsələn, okeanda yaşayan ən iri heyvan-göy balina ancaq planktonla qidalanır. Planktonlar təkcə balinalar üçün yox,  başqa heyvanlar üçün də əhəmiyyətli qidadır.
Əslində okeanda yalnız bir yaşayış yeri deyil, bir çox yaşayış yeri mövcuddur. Üst səthindən ilk metrlər həm qidalandırıcı maddələr, həm də atomosferdən gələn bütün vacib qazlarla zəngindir. Lakin üst qat  eyni zamanda çirklənməyə qarşı daha həssasdırki, bu da okean həyatına ciddi ziyan vura bilər.
Okeanda əsas 5 sahə var:
1. Günəşli sahə – fotosintez prossesinin baş verməsi üçün kifayət qədər günəş işığı alır. Əgər su təmiz olarsa, bu 200m dərinliyənə qədər uzana bilər, lakin adətən, daha dayaz olur. Qida zəncirinin əsası buradan başlayır. Plankton (üst dəniz canlıları)- dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrdən çox deyil.
2. Alalqaranlıq sahə – okean canlılarının ov edə bilməsinə kifayət edəcək qədər Günəş işığı alır, lakin bu fotosintez üçün kifayət etmir. Orta sahə canlıları- açıq dənizdə yaşaya bilən və dəniz axıntıları içində hərəkət edəbilən canlılardan oluşur; açıq dənizdə yaşayan balıq növlərinin çoxunu və dəniz məməlilərini əhatə edir.
3. Qaranlıq sahə – praktik olaraq heç bir Günəş işığı almır və yeganə qida maddəsi yuxarıdan töküntü və ya “qar”dır. Burada temperatur aşağı (2-4 dərəcə), təzyiq isə yüksəkdir. Dərin dəniz və okean canlıları – dibə bağlı olaraq yaşayan heyvanlar və bitkilər ilə dibdə və ya dibə yaxın bölgələrdə yüngülcə hərəkət edən bəzi heyvan növlərindən meydana gəlir. Bir çox su yosunu, süngər, yumşaqca, qabıqlı və mərcan, dəniz şakayığı kimi növləri əhatə edir.
4. Abissal sahə -adını aldığı böyük,palçıqlı və dəniz dibi düzənliklərlə (abissal düzənliklər) zəngindir, lakin burada hər hansı bir həyat olduqca azdır.
5. Dərin dənizdibi (Hadal) sahə – abissal sahədən aşağı okean səthinin ən azı iki faizinə qədər ərazidə uzanır. Burada indiyə qədər yalnız iki insan olub və barəsində çox az məlumat var.

portal.azertag.az