- Ədəbiyyat

Getdikcə bu eşqin mərəzi pürxətər oldu

Xaqani ŞİRVANİ

Getdikcə bu eşqin mərəzi pürxətər oldu,
Dərman elədikcə ona, döndü betər oldu.
Eşqin odu yandırdı mənim canımı, ey vay!..
Bu vaqeədən cümlə – cahan baxəbər oldu.
Həsrətdə qalıb, vəslə ümid eyləmişəm mən,
Zülmətdə qalıb, istəyim hər an qəmər oldu.
Sənsiz, gözəlim, hicrə dözüb zəhr içərdim,
Gəlcək yanıma zəhr dönüb bal, şəkər oldu.
Gördüm səni, hər dərdü ələm getdi, dağıldı,
Əhvalıma bax, sanki gecəydi, səhər oldu.
Xaqani, sevin, indi yann rəhmə gəlibdir,
Bundan sonra könlün, deyəsən, bəxtəvər oldu.