Külək gözəl güllə rastlaşıb ona aşiq olur. O, gülə nəvaziş göstərir, gül də ona öz ətri və gözəlliyi ilə məhəbbətlə cavab verirdi. Ancaq külək hesab etdi ki, az iş görür və o, gülə daha güclü qayğı göstərmək istədi. Gülək elə bilirdi ki, onun qayğısı nə qədər güclü olsa, gülün ona verdiyi məhəbbət də o qədər çox olacaq. O, gülə məhəbbətini öz güclü nəfəsi ilə göstərdi. Lakin gül belə güclü nəfəsə dözməyib sındı. Külək onu qaldırıb yenidən diriltmək istəsə də, bunu bacarmadı. Onda o sakitləşib gülə sakit nəfəslə nəvaziş göstərməyə başladı. Ancaq gül onun gözləri qarşısında solurdu. Gülün solduğunu görən külək qışqırdı:
– Mən sənə bütün gücümlə məhəbbətimi verdim. Ancaq sən sındın! Yəgin, səndə mənə qarşı məhəbbət olmayıb. Deməli, sevməmisən!
Ancaq gül cavab vermirdi. O ölmüşdü.
Kim sevirsə, bilməlidir ki, məhəbbəti güc və ehtirasla yox, incə və zərif qayğı ilə ölçürlər. Bir dəfə sındırmaqdansa, on dəfə dözmək yaxşıdır.