Qasım bəy ZAKİR
Can cilvələnir qaməti-mövzunu görəndə,
Dil tazələnir arizi-dilcunu görəndə.
Zənciri-vünunə birə yüz rəğbətim artır,
Rüxsari üzə pirəfsunu görəndə.
Pürpiç oluram, hərdəm oda düşmüş ilan təki
Ol arizi-gülnardə qeysunu görəndə.
Dağıldı xiridari-qəmi-eşqin olanlar,
Bu mərdümi-çeşmim tökən altunu görəndə.
Gəlmişdim edəm mərdümi-çeşminlə müdara,
Bildim ki, düzəlməz bu iş əbrunu görəndə.
Xunxarəligi eyb degil nərgisi-məstin,
Hər kim ola qaynar qanı gülgunu görəndə.
Ey əhli-hünər, cəm degil Zakir həvası,
Eyb eyləmə şerindəki məzmunu görəndə.