Futbol üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.
Azərbaycan millisi dünyanın 121-ci komandasıdır.
Komandamızın hesabında 1143 xal var. Canni De Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 3 pillə irəliləyib.
Buna bu ay keçirilən rəsmi və yoldaşlıq oyunları səbəb olub. Yığmamız AVRO-2024-ün Estoniya ilə seçmə matçında heç-heçə edib – 1:1.
Qeyd edək ki, cədvələ 1843 xala malik Argentina başçılıq edir. (Apasport.az)