“Dondurulmuş Rusiya aktivləri təxminən 300 milyard dollar təşkil edir və Ukraynaya dəstək üçün istifadə edilməlidir”.
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazıb.
Rusiya elitası və rəhbərliyi insan həyatına biganədir, amma hər şeydən əvvəl pula biganə deyil. Aktivlərin itirilməsi onlar üçün ən ağrılı itki olacaq. Onlar beynəlxalq birliyin əsl gücünü hiss edəcəklər və sülhün bərqərar olduğunu görəcəklər”, – deyə prezident bildirib.
Zelenski tərəfdaşları müvafiq hüquqi bazanın yaradılması istiqamətində irəliləməyə çağırıb.