- Cəmiyyət

ABŞ-nin 81 hərbi təyyarəsi məhv edilib – Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin silahlı qüvvələrinin ABŞ-yə məxsus 81 hərbi təyyarəni məhv etdiyini iddia edib.

Modern.az xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, ABŞ Konqresinin Tədqiqat Xidməti may ayında İranın 42 Amerika hərbi təyyarəsini məhv etdiyini qəbul edib. Əraqçi həmin sayın indi 81-ə çatdığını, real itkilərin isə daha çox olduğunu irəli sürüb.

O, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) fəaliyyətdə olan bir senatorun vəziyyətinin qaydasında olduğu bildirilən bazalara baxış keçirməsinə icazə vermədiyini də iddia edib.

“Bütün insanları müəyyən müddət aldatmaq olar…”, – deyə Əraqçi qeyd edib.