Fransız fermerlər hökumətin kənd təsərrüfatı siyasətinə etiraz ediblər.
525.az xarici mediaya əsasən xəbər verir ki, Parisə çatan fermerlər polisin müdaxiləsi ilə qarşılaşıblar, nəticədə 79 nəfər saxlanılıb.
Onların bir çoxunun traktorları müsadirə edilib.
Müxtəlif nöqtələrdə magistral yollarda saman və təkərləri yandıran fermerlərin görüntüləri kameralara düşüb.
Qeyd edək ki, Belçikada Aİ binası qarşısında fermerlərin başlatdığı etiraz aksiyası davam edir, bununla yanaşı, İspaniya və İtaliyada fermerlər oxşar tələblərlə nümayişlərə başlayıblar. Fermerlər hökumətin Avropa İttifaqının şərtlərindən asılılığını azaltmasını istəyirlər.