BMT Təhlükəsizlik Şurası (TŞ) Livanda elektron cihazların partlaması ilə bağlı sentyabrın 20-də iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə TASS TŞ-dəki mənbəyə istinadən məlumat yayıb.
“Livanda peycerlərin partlaması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası olacaq. Görüş üçün müraciət Əlcəzairdən gəlib”, – agentliyin həmsöhbəti vurğulayıb.