- Cəmiyyət

ABŞ-nin THAAD raketdən müdafiə sistemləri İsraildə yerləşdirilib

ABŞ-nin THAAD raketdən müdafiə sistemləri İrana mümkün ballistik raket hücumuna hazırlıq məqsədilə İsraildə yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

KİV ötən həftə 20-dən çox Amerika hərbi-nəqliyyat təyyarəsinin İsrailə gəldiyini qeyd edir. Onlar THAAD sisteminin komponentlərini, buraxılış qurğularını, radarları və digər avadanlıqları çatdırıblar.

Eyni zamanda yüzlərlə əsgər İsrail Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq çərçivəsində raket əleyhinə sistemlərdə xidmət etmək üçün yerləşdirilib.