- Mədəniyyət

Azərbaycanda ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib

AZƏRTAC Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, bu işlərin davamı kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 oktyabr tarixli qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakıdakı Muğam Mərkəzinə “beynəlxalq” statusu verilib.

Qeyd edək ki, Muğam Mərkəzi ölkəmizdə qanunvericiliklə “beynəlxalq” statusu alan ilk mədəniyyət müəssisəsidir. Yeni status uzun illərdir paytaxtımızın aparıcı konsert müəssisələrindən biri kimi fəaliyyət göstərən mərkəzdə çalışan insanların maddi rifahının yaxşılaşmasına səbəb olacaq.

Nazirlər Kabinetinin 21 oktyabr 2024-cü il tarixli Qərarı ilə “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli 382 nömrəli Qərarında dəyişiklik edilib. Qərarla 5 oktyabr 2016-cı il tarixdə təsdiq edilmiş “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın müvafiq bənd və hissələrində “akademik” sözündən sonra “beynəlxalq” sözü əlavə olunub.