- Cəmiyyət

İsrail ordusu Livanda 4 hərbçinin öldüyünü bildirib

İsrailin dörd hərbçisi Livandakı döyüş əməliyyatları zamanı həlak olub.

“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların hamısı “Karmeli” piyada briqadasında xidmət edib və Livanın cənubunda döyüşdə həlak olublar.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, eyni hadisə nəticəsində onların üç hərbçi yoldaşı yaralanıb və hazırda xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livandakı “Hizbullah” qruplaşmasına qarşı “Şimal oxları” əməliyyatına başlayıb və hərəkatın hərbi obyektlərinə kütləvi zərbələr endirib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunda sərhədyanı rayonlarda quru əməliyyatının keçirildiyini elan edib.