- Cəmiyyət

“El Klasiko”nun qalibi bəlli olub

İspaniya La Liqasında “El Klasiko”nun qalibi bəlli olub.

“Report”un məlumatına görə, “Real” (Madrid) XI turda “Barselona”nı qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən görüş qonaqların böyük əhesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

“Barselona”nın heyətində Robert Levandovski dubl edib, digər qolları Lamin Yamal və Rafinya vurublar.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real” 24 xalla 2-ci pillədə qərarlaşıb.