- Cəmiyyət

Fələstin öz ərazisində Əl-Cəzirənin yayımını dayandırıb

Fələstin hökuməti Qətərin Əl-Cəzirə telekanalının ölkə ərazisində yayımını dayandırıb.

APA xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Məlumata görə, Fələstinin Daxili İşlər, Mədəniyyət və Rabitə nazirliklərinin əməkdaşlarından ibarət komitə kanalın yayımının müvəqqəti qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

Komitənin fikrincə, Əl-Cəzirə dəfələrlə təxribat xarakterli reportajlar yayımlayıb, həmçinin yalan məlumatlar yayıb və hökumətə qarşı üsyana çağırışedib

Komitə bu hərəkətləri Fələstinin daxili işlərinə müdaxilə və onun ərazisində qüvvədə olan qanunvericiliyin pozulması kimi qiymətləndirib.

Kanalın Ramallahdakı ofisinin fəaliyyəti dondurulacaq, orada çalışan müxbirlərin akkreditasiyası ləğv ediləcək.