- Cəmiyyət

MKİ rəhbəri İranın nüvə proqramının ciddi zərər gördüyünü deyib

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ hərbçilərinin son günlər İrandakı obyektlərə endirdiyi zərbələr nəticəsində ölkənin nüvə proqramına ciddi ziyan dəydiyi barədə məlumat əldə edib.”

APA xəbər verir ki, bunu MKİ-nin direktoru Con Retkliff bildirib.

“MKİ təsdiq edə bilər ki, Tehranın nüvə proqramının son dəqiq zərbələr nəticəsində ciddi şəkildə zədələndiyini göstərən etibarlı kəşfiyyat məlumatları var”, – o, deyib.

Retkliff həmçinin qeyd edib ki, İranın bir neçə əsas nüvə obyekti məhv edilib və onların bərpası uzun illər çəkəcək.