Ötən gecə Rusiyanın vilayətləri üzərində 39 Ukrayna pilotsuz uçuş aparatı vurulub.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 39 pilotsuz təyyarəsini məhv edib. PUA-lardan 19-u Rostov, 13-ü Volqoqrad vilayətində vurulub.