ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini bəyan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ayova ştatında Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildlrib.
O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: “Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur”.
Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.
Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.
Ağ Evin mətbuat katibi Karolayn Lyuittin sözlərinə görə, prezident “bu məsələdə ciddidir”.