İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan nazirliyin “Telegram” kanalında yayımlanan açıqlamasında bildirib.
“Ermənistan Əbu-Dabidə keçirilmiş görüşü uğurlu hesab edir və onun sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi əsas ola biləcəyini təsdiqləyir”, – deyə Badalyan qeyd edib.