- Cəmiyyət

Rusiya Zaporojyeyə zərbə endirib

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində şəhərdə müəssisələrindən birində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

“İlkin məlumata görə, xəsarət alan yoxdur. Hava hücumu siqnalı davam edir” – deyə o bildirib.

Zərər dəymiş obyektin dəqiq adı açıqlanmayıb.