- Cəmiyyət

İsrailin Qəzzaya hücumları nəticəsində 116 fələstinli həyatını itirib

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 116 fələstinli həyatını itirib.

APA xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı tibbi mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, lənlərdən 38 nəfər ABŞ və İsrailin nəzarətində olan Qəzza Humanitar Yardım Fondunun ərzaq paylama məntəqəsində yardım almağı gözləyirmiş.