- Cəmiyyət

Rusiya Zaporojyedə avtovağzal və klinikanı bombalayıb

Rusiya aviasiyası Zaporojye şəhərinə bomba hücumu həyata keçirib.

APA xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi İdarəsinin rəhbəri İvan Fedorov özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi idarə olunan aviabombalarla iki zərbə endirib. Onlardan biri ilə avtovağzal binası, digəri ilə Zaporojye Tibb Universitetinin klinikasına vurulub.

Xilasedicilər dağıntılar altından insanları çıxarmaq üçün xüsusi texnika cəlb edib. Yerli vaxtla 20:00-a olan məlumata görə, hadisə nəticəsində 19 nəfər yaralanıb.