Futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsi davam edir.
Modern.az xəbər verir ki, bu gün də maraqlı oyunlar var.
Saat 21:00-da Kot d’İvuar yığması Norveçlə qarşılaşacaq. Bu cütün qalibi 1/8 finalda Braziliya ilə qarşılaşacaq.
Mundialın əsas favoritlərindən olan Fransa millisi isə gecə satlarında meydana çıxacaq. Belə ki, fransızlar İsveçlə görüşəcək. Oyun saat 01:00-da başlayacaq.
Saat 05:00-da Meksika – Ekvador matçı start götürəcək.
DÇ-2026
1/16 final
30 iyun
21:00. Kot d’İvuar – Norveç
1 iyul
01:00. Fransa – İsveç
05:00. Meksika – Ekvador








