- Mədəniyyət

Özbəkistanda UNESCO-nun iştirakı ilə beynəlxalq forum və mədəni irs həftəsi keçiriləcək

Sentyabrın 14-15-də Özbəkistanın qədim Xivə şəhərində UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı beynəlxalq mədəniyyət Forumu keçiriləcək . Sentyabrın 13-dən 21-dək isə Daşkənddə, Xivədə və Nukusda Mədəni İrs Həftəsi baş tutacaq.

AZƏRTAC xəbər verir ki, tədbirdə sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, linqvistlər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və miniatürlər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcək.

Ümumiyyətlə foruma dünyanın 46 ölkəsindən gələn 350-dən artıq nümayəndə qatılacaq.

Forumda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun iştirakı da nəzərdə tutulur.

Mədəni İrs Həftəsi çərçivəsində “Özbəkistanın mədəni irsi-yeni Renessansın bünövrəsi” adlı beşinci konqres də keçiriləcək.