- Mədəniyyət

Corc Harrisonun uşaqlıq çağlarında yaşadığı evi hərraca qoyulacaq

“The Beatles” qrupunun solo gitaraçısı Corc Harrisonun uşaqlıq çağlarında Liverpul şəhəri yaxınlığında yaşadığı evi hərraca qoyulacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Omega Auctions” hərrac evinin kataloqunda edilən qeydlərdən məlum olub.

Upton Street 24 ünvanında yerləşən əmlakın təxmini dəyəri 160-200 min funtsterlinq arasındadır. Harrisonlar ailəsi bu evə 1950-ci ildə, Corcun altı yaşı olanda köçüb. Gələcək gitaraçı burada 1962-ci ilə qədər yaşayıb və qrupun “Please, please me” albomu çıxandan bir il sonra yaşayış yerini dəyişib.

Qeyd edək ki, “The Beatles Collection” adlı onlayn hərrac sentyabrın 28-də keçiriləcək.