- Mədəniyyət

Azərbaycan Moskvada keçirilən “OTDYKH Leisure 2021” beynəlxalq forum-sərgisində iştirak edir

Moskvada keçirilən turizm sərgisində Azərbaycan böyük stendlə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, “OTDYKH Leisure”da 450 iştirakçı turizm imkanlarını təqdim edir. Onların arasında Azərbaycan, Rusiya, Bolqarıstan, Belarus, İspaniya, Misir və sair ölkələr yer alıb.

Azərbaycan sərgidə geniş stendlə təmsil olunur. Buraya Şuşa, Şəki və Qəbələ stendləri də daxildir. Ümumilikdə isə sərgidə ölkəmizi 11 şirkət təmsil edir.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə sərginin açılışında bildirib ki, Azərbaycan stendini ziyarət edənlər ölkəmizin turizm potensiyalı ilə yaxından tanış olur, ölkəmizə səfər etmək niyyətində olduğunu vurğulayırlar.

“OTDYKH Leisure 2021” beynəlxalq forum-sərgi Moskvadakı “Ekspotsentr” Mərkəzi Sərgi Kompleksinin “Forum” pavilyonunun Travel Arenasında təşkil olunub. Beynəlxalq forum-sərginin işçi proqramına 160-dan çox məruzəçinin çıxış edəcəyi 30-dan çox tədbir planlaşdırılıb.

Fəridə Abdullayeva