- Cəmiyyət, Manşet

Casusluqda ittiham olunan ermənilərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, həmin şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdır.