- Xəbərlər, Yumor

Dəlilər haqqında lətifələr

Pasiyent həkimə danışır ki, qrup şəklində intihara hazırlaşır. O, ailəsini də özü ilə o dünyaya aparacaq. Çünki yaxın vaxtlarda hamı işgəncə ilə öləcək və dirilər ölülərə qibtə edəcək. Həkim səbrlə xəstəyə izah edir ki, həyat o qədər də pis deyil, Günəş işıq saçır, quşlar oxuyur… Ölmək lazım deyil. Xəstə onu dinləyib sonra deyir:
– Həkim, sən yaxşı adamsan. Səni də özümlə aparacam.

***
-Həkim, mənim qulaqlarımda kartof bitir.
– Hm. Həqiqətən, çox qəribədir.
– Mən də qəribə olduğunu deyirəm. Axı mən turp əkmişdim!

***
– Doktor, mənim ərimi necə müalicə etmək olar?
– Xanım, o, sağlamdır.
– Axı o dünən evə qaçıb dedi ki, bütün itlər küçədə çətirlə gəzirlər!
– Siz bilirsiz, dünən necə leysan yağırdı?

***
Bir qrup dəli xəstəxanadan qaçmaq planı qurur. Səhəri günü onlardan biri qəmgin şəkildə deyir:
– Heç nə alınmayacaq. Planı pozdular. Hasarı söküblər.

***
Psixiatr xəstəyə:
– Siz ilk dəfə nə vaxt hiss etdiniz ki, partiya iclasından zövq alırsınız?

***
İki psixiatr söhbət edir. Biri deyir:
– Mən indi şəxsiyyətin ikiləşməsinin qəribə bir növü ilə rastlaşmışam.
– Doğrudan? Nədir bu qəribəlik?
– Mən onların hər ikisini mənə pul verməyə razı salmışam.

***
Psixiatr pasiyentdən soruşur:
– Madam, ailənizdə böyüklük maniyası olan adam var?
– Var. Ərim bəzən deyir ki, o, ailə başçısıdır!

***
Psixiatr pasiyentdən soruşur:
– Elə olur ki, Siz səs eşidirsiniz, amma haradan gəldiyini bilmirsiniz?
– Əlbəttə.
– Nə vaxt?
– Telefonun dəstəyini götürəndə.

***
Psixiatr pasiyentdən soruşur:
– Sizdə depressiya nədən yarandı?
– Keçmiş arvadım indiki arvadımla tanış oldu. Əvvəl dalaşdılar, sonra barışdılar, sonra isə birlikdə gələcək arvadımı döydülər.

***
Dəlixanaya gələn müxbir görür ki, xəstələr binanın damından özlərini çarpayıda atırlar. O soruşur:
-Nə edirsiniz?
– “Aeroflot” oynayırıq.
– Bəs direktor hanı?
– Onu ilk reyslə yola saldıq

***
Dəlixanada özünü vannada boğmaq istəyən bir dəlini başqa bir dəli sudan çıxarır. Baş həkim onu çağırıb deyir:
-Səni evə buraxacam. Amma heyif ki, o kişi özünü asdı.
-O özünü asmadı, mən asdım ki, qurusun.

***
Dəlixananın baş həkimi yeni işçini iş yeri ilə tanış edir. Otaqların birinin qapısını açıb deyir:
– Bu otaqdakılar avtomobilsevərlərdi.
– Bəs burda niyə heç kim yoxdu.
– Onlar hamısı çarpayının altında təmirlə məşğuldular.

***
Dəlixanada əlində qanlı balta olan bir dəli qaçır. Həkim soruşur
– Nə olub?
– Camaat gülməkdən öləcək. Petya oyanıb görəcək ki, başı dolabçadadı.

***
-Doktor, yaman qorxuram.
-Nədən?
-Məsələn, otaqdan çıxanda qorxuram ki, uşaq çarpayıdan düşər, eşitmərəm.
– Elə isə döşəmədən xalçanı götürün!

***
Biznesmen psixiatra:
– Doktor, yadınızdadı, keçən yay Siz mənə işdən ayrılmaq üçün qızlarla əylənməyi məsləhət gördünüz?
– Bəli.
– İndi mənə məsləhət verin, qızlardan ayrılıb işə qayıtmaq üçün nə edim?

***
Həkim-psixiatr pasiyentə:
– Deyirsiniz ki, Sizin yun coraba məhəbbətiniz valideynlərinizi narahat edir?
– Bəli.
– Burda nə var ki? Yun corablar mənim də xoşuma gəlir.
– Doğrudan? Bəs Siz onu necə sevirsiniz: yağ və sirkə ilə, yoxsa limonla?

***
– Ben baba dəli olub. Ona elə gəlir ki, o, toyuqdu.
– Bəs niyə onu psixiatra göstərmirsiniz?
– Yaxşı görək. Deyirsən, səhər yeməyinə təzə yumurtamız olmasın?

***
Arvad psixiatra şikayət edir:
– Ərim özünü çox qəribə aparır. Kofe içəndə çini fincanı da yeyir. Bircə fincanın qulpu qalır.
– Doğrudan, qəribədir. Axı fincanın qulpu daha dadlıdır!

***
Yaşlı bir qadın psixiatra deyir:
– Həkim, nə edim, oğlum iki gündü yalnız sabun qovuğu buraxmaqla məşğuldu.
– Narahat olmayın, uşaqlar belə şeyə meylli olur.
– Mən də elə deyirəm, amma oğlumun arvadı nədənsə narahatdı.

***
Psixiatr soruşur:
– Sizin bir qulağınızı kəssələr nə olar?
– Pis eşidərəm.
– Əgər o birini də kəssələr?
– Görmərəm.
– Niyə?
– Çünki kaska aşağı düşüb gözümün qabağını kəsəcək.

***
Dəlixanaya zəng edirlər:
– Zəhmət olmasa, baxın, on səkkizinci palatada kimsə var?
– Yox, heç kəs yoxdu. Necə bəyəm?
– Aha, demək mən həqiqətən qaçmışam.

***
Dəlixanada dəlilərin saçını qırxmağa hazırlaşırlar. Psixlər plan qururlar ki, dəlləyin maşınkasını necə sındırsınlar. Biri təklif verir:
-Gəlin birimizin başına mismar çalaq, maşınka sınsın.
-Razıyıq.
-Kimin başına vuraq?
-Təklifi sən verdin, sənin.
-Bəs mismarı kim vursun?
– Məsələn, Vasya.
– Yox, bircə o olmasın.
– Niyə?
– Əşşi, onu tanıyıram, bir dəfə mismara vuranda iki dəfə də başıma vuracaq.

***
– Ən yeni tədqiqatlar göstərir ki, qurbağanın tərini yalamaqla depressiyanı müalicə eləmək olar. Amma siz qurbağanı yalamağı dayandıran kimi onda yenidən depressiya başlayır.

***
Üç dəli bir çarpayıda yatır. Çox darısqaldır. Onlardan biri dözmür və balışını götürüb gedir ki, döşəmədə yatsın. O biri başını qaldırıb deyir:
– Geri qayıt, bura seyrəldi!

***
– Professor, xahiş edirəm, məni başqa palataya köçürün. Qonşu hər gecə iki barmağını rozetkaya salıb qışqırır: “Mən torşerəm… “. Mənsə işıqda yata bilmirəm.

***
Psixiatr öz tanışına deyir::
– Ərinizin kefi necədi?
– Doktor, mən ərə getməmişəm.
– Həri, demək, əriniz hələ subaydır?

***
Dəlixanaya komissiya gəlir. Palataya girib görürlər ki, bütün dəlilər pərdələrdən sallanıb.
– Doktor, bu, nə deməkdi?!
Doktor (dəlilərə):
– Ey, payız gəldi, yarpaqlar düşdü!
Bütün dəlilər yarpaq kimi tökülüşür. O biri palataya girirlər. Orada da elədi.
Doktor:
– Payız gəldi, yarpaqlar töküldü!
Dəlinin biri düşür, o biri ona deyir:
– Sən hara düşdün? Axı biz həmişəyaşılıq!

***
Səhər yoxlamasında psixiatr görür ki, dəlilərin hamısı yaralı, göyərmiş, cızılmış vəziyyətdədi. Birinin hətta qolu sınıb. Nə olduğunu soruşur. Dəlilər deyir:
– Alma-alma oynayırıq. Axşam bağa gəl, görərsən!
Axşam doktor bağa gedir. Amma heç kim görünmür. Bir də ağacdan səs gəlir:
– Vanya, sən yetişdin?
– Hə.
– Onda düş!

***
Kişi psixiatrın yanına gəlir:
– Doktor, arvadımın ağlına gic-gic fikirlər gəlir. Guya kimsə onun donunu oğurlamaq istəyir.
– Buna əminsiniz?
– Tamamilə. O, bir adam da saxlayır ki, paltarını qorusun. Mən o adamı şkafda gördüm.

***
– Psixiatra dedim ki, ərim burnundan siqaret tüstüsünun dairələrini buraxır, o dedi ki, bu, təhlükəli deyil.
– Düz deyir, bütün kişilər belə edir.
– Amma mənim ərim siqaret çəkmir….

***
Bir kişi psixiatrın yanına gəlib deyir ki, ildırımdan dəhşətli dərəcədə qorxur. Psixiatr deyir:
– Bu, gülməlidir. İldırım da təbiət hadisəsidir. Ona görə qorxma. Elə ki, ildırım çaxdı, başını yastığın altında gizlə, hər şey qaydasında olacaq.

***
Kişi psixiatra zəng edir:
– Nə edək, doktor, babamız hər dəfə çiməndə rezin ayını istəyib ağlayır.
– Ayını verin, qurtardı getdi.
– Axı o, mənim ayımdı…

***
Bir kişi psixiatrın yanına gəlib deyir ki, neçə gündür eyni yuxunu görür:
– Hər gecə görürəm ki, gəmi batır və mən 12 gözəl qızla insan ayağı dəyməyən bir adadayam.
– Bunun nəyi pisdi?
– Siz heç yeddi qız üçün yemək bişirmisiniz?

***
Psixiatr pasiyentə:
– Demək, hər gecə yuxunuza bir əcaib məxluq girir, üstünüzə atılır, bağırır, başınıza döyür? Təbii ki, oyanandan sonra o, yox olur.
– Məsələ burasındadır ki, yox olmur. Səhər adətən qışqırır: “Bəsdi yatdığın, avara, dur uşaqları bağçaya apar “.

***
Bir dəlini dəlixanadan evə buraxırlar. Psixiatr onun sağıamlığına əmin olmaq üçün sual verir:
– Bir qulağınızı kəssələr, görə bilərsiniz?
– Əlbəttə!
– Bəs ikisini də?
– Onda yox.
– Niyə ki?
– Şlyapam sürüşüb gözümün qabağını kəsər.

***
-Salam, həkimlər! Psixoanalitik hanı?
– Hansı?
– Dünən biri mənə deyirdi ki, problemim var, ona görə adam öldürə bilmərəm…

***
Psixiatrın yanına həyəcanlı bir qadın gəlir:
– Doktor, Siz mənim ərimlə məşğul olmalısnız. Qəribə şeylər baş verir.
– Nə, məsələn?
– Ona elə gəlir ki, mən oyam.
– Maraqlıdır, onu bura gətirin.
– Niyə ki? Mən elə mənim əriməm.

***
Dəlixananın həyətində bir dəli konserv bankasına ip bağlayıb dalınca çəkir. Doktor yaxınlaşıb soruşur:
– Neynirsən?
– Görmürsünüz? İtimi gəzdirməyə çıxarmışam.
– Tez ona ağızlıq geyindir!

***
Psixiatrın qəbulunda:
– İlk dəfə Siz nə vaxt düşündünüz ki, itsiniz?
– Küçük olanda.

***
Şizofreniyalı xəstə palatanın ortasında yellənir.
Tibb bacısı soruşur:
– İdman edirsiniz?
– Yox, vaxtı ölçürəm.
– Sizcə saat indi neçədi?
-Üç otuz.
Tibb bacısı saatına baxır:
– Səhv edirsiniz. Artıq saat dörddür.
– Lənət şeytana. Geri qalıram. Sürətlə yellənmək lazımdı!

***
Bir nəfər psixiatrın kabinetinə daxil olub burnuna tənbəki doldurur.
– Hmm, – deyir psixiatr, – Siz düz gəlmisiniz.
– Sizdə kibrit var?

***
– Şizofreniyalı xəstə ilə nevrastenik arasında nə farq var?
– Şizofrenik iki kərə ikinin neçə etdiyini bilmir və sakitdir. Nevrastenik bilir ki, iki kərə iki dörd edir və əsəbiləşir.