- Cəmiyyət

DÇ-2022: İran Uelsə qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.

“Report”un məlumatına görə, günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəliblər.

Qarşılaşma İranın 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezayan fərqlənib.