- Dil

FADMM, UĞURLAR!

Son illər ana dilinin saflığı və qorunması uğrunda mübarizə meydanına atılan görkəmli alim və ziyalılarımız bir çox uğurlara imza atdılar. Onlar bununla kifayətlənməyib Bakı şəhərini işğal etmiş əcnəbi adlar və reklamlara da öz haqlı etirazlarını bildirməyə başladılar. Bu etirazların nəticəsində FADMM yarandı. FADMM bir ilə çox işlər gördü, onun fəaliyyəti göz qabağındadır.

Mərkəzin yorulmaz və əzmkar üzvlərinin – Vasif Sadıqlı, Sima Cəfərova, Gülyaz Əliyeva, Pərvanə Bayramqızının yazılarını emosiyasız oxumaq mümkün deyil. Bu yazıların hər biri Vətənini, Ana dilini hər şeyin fövqündə görən və tutan bir vətəndaşın daxilindən gələn harayıdır. Üç il bir təşkilat üçün çox deyil, amma FADMM-ın fəaliyyətinə baxanda üç ildə on ilə bərabər işin görüldüyü açıq-aydın görünür.

FADMM – Fədakar Ana Dili Mühafizlərinin Meydanıdır. Bu mühafizlərə şərəfli və enişli-yoxuşlu fəaliyyətlərində yalnız və yalnız uğurlar, Meydanda daim Qalib olmağı arzulayıram.