- Cəmiyyət

Feysbukda nasazlıq yaranıb

Dünyanın müxtəlif ölkələrində feysbuk istifadəçiləri sosial xidmətin nasazlığından şikayətlənirlər.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətində nasazlığı izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkənin fəaliyyətində nazaslıqlar haqqında ilk məlumat Bakı vaxtı ilə təxminən saat 19:00-da ortaya çıxıb, lakin saat 22:00-a qədər şikayətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, messencerdə də bir sıra nasazlıqlar var.

Problemlərdən əsasən ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya və digər ölkələrdən olan sosial şəbəkə istifadəçiləri şikayətlənir. İstifadəçilər əsasən öz hesablarına daxil olmaqda, həmçinin veb-saytın və sosial şəbəkə tətbiqinin işində problemlərlə üzləşiblər.