Görəsən günəş işığı nəyə görə bizə sevinc bəxş edir? Nəyə görə günəşin şəfəqləri yer üzünə yayılanda içimizi yaşamaq eşqiylə doldurur? Səma mavidir, tarlalar yamyaşıl, evlərin divarları ağappaq, Bizim acgöz gözlərimiz bu parlaq rəngləri içəndə ruhumuza yeni rəng gətirir. Bu vaxt ürəyimizdən rəqs etmək, qaçmaq, mahnı oxumaq, gözəl fikirlər keçir. Biz sanki günəşi qucaqlamaq istəyirik.
Korlar isə qapı ağzında, özlərinin əbədi qaranlıq dünyasında oturur, sakitcə dayanır, onların ətrafında baş verənlərdən bixəbərdir. Yanlarında tullanıb-düşən iti dayandırmaq istəyirlər.
Axşam düşəndə, bu kor adamlar balaca bacı-qardaşlarının qoluna girib evə qayıdarlar. Yol boyunca bu balaca uşaq “ Çox gözəl gün idi!” deyəndə kor adam belə cavab verir:
–Hə, mən də bunu hiss etdim. Çünki Loulou bütün günü tullanıb-düşürdü.
Mən belə korlardan birini tanıyırdım. Onun həyatı elə acınacaqlıydı ki, adam heç inana bilmir.
O kəndli idi, fermerin oğluydu. Atası və anası öləndən sonra az ya çox onun qayğısına qalan vardı. Ancaq kor olduğundan o çox əziyyət çəkirdi. Qoca valideynləri öləndən sonra onun ağır günləri başlandı. Bacısından asılı vəziyyətə düşdü. Hamı onunla başqalarının çörəyini yeyən dilənçi kimi rəftar edirdi. Udduğu hər tikə üçün üzü danlanırdı. Onu dilənçi, təlxək deyə çağırırdılar. Bacısının əri valideynlərindən onun payına düşəni də ələ keçirməyinə baxmayaraq nahar vaxtı supu ona güclə verirdi- bu sup onu ölməyə qoymurdu. Qarnı heç vaxt tox olmazdı.
Onun üzü solğun olar, iki böyük gözləri bulanıq suya bənzəyirdiı. Üstünə təhqir yağdırsalar da o hərəkətsiz dayanardı, ağzını açıb onu təhqir edənlərə bircə kəlmə deməzdi, adama elə gəlirdi ki, heç ona deyilənləri eşitmir.
Əslində o heç vaxt qayğı görməmişdi. Anası sağ olanda da onunla qəddarcasına rəftar edirdi. Çünki kənd yerlərində şikəst, zəif uşaqları faydasız hesab edər, toyuq kimi öldürməkdən həzz alardılar.
Bir qurtum supunu içəndən sonra o yay vaxtlarında gedib qapının ağzında , qış vaxtı isə evdə sobanın yanında oturardı. Bundan əlavə, o gecələr yatanda da tərpənməzdi. O heç bir əl-qol hərəkəti etməz, yalnız nəyəsə əsəbiləşəndə göz qapaqları titrəyər, ağ, görməyən gözlərinin üstünə düşərdi. Görəsən onun ağlı vardımı? Görəsən fikirləşmə bacarığı vardımı, yaxud özünün mövcud olmasını bilirdi? Heç kim ona bu barədə sual vermirdi, ona görə də bilmək olmurdu o düşünə bilir ya yox.
Bir neçə il hər şey bu qaydayla davam etdi . Zaman keçdikcə onun heç nə etməməsi, bacarıqsızlığı ailə üzvlərini bezdirdi. O gülüş mənbəyinə çevrildi. Bir növ təlxək kimi. Sanki o vəhşi heyvanların əhatəsinə düşmüş bir ov idi. Onunla vəhşi kimi davranırdılar.
Kor olduğuna görə ona edilən qəddar hərəkərtləri təsəvvür etmək belə çətinfir.Ona verdikləri sup üçün onun da onları şənləndirməsini istəyirdilər İndi qonşular da bu köməksiz məxluqa verilən cəzadan həzz alırdlar.
O yemək yeyəndə bütün qonşular bu əyləncəyə tamaşa etməyə gələrdi. Sonra isə gördüklərini hər yerdə danışardılar . Hər gün mətbəx adamla dolu olardı. Hərdən o supunu yeməyə başlayanda stolun üstünə pişik ya da it qoyardılar. Heyvan dərhal kişinin kor olduğunu hiss edər , səs salmadan onun boşqabındakı supu içərdi. Ancaq birdən kor kişi pişiyin boşqabı yalamasını hiss edirdi. Bunu duyan pişik kənara tullanar, kişinin ona zərbə endirmsindın qorxardı.
Bu vaxt adamlar divara söylkənib gülüşər, bir-birini dümsükləyər, ayaqlarını döşəməyə vurub qışqırardılar . O isə heç bir söz demədən yeməyə davam edərdi. Sağ əliylə qaşığı tutar, sol əliylə isə pişiyi boşqaıbdan uzaq saxlamağa çalışardı.
Elə vaxt olurdu ki, ona çeynəmək üçün butulka tıxacı, taxta qırığı, yarpaq, hətta palçıq verirdilər. O bunları fərqləndirə bilmirdi.
Bacısının əri onunla belə zarafat etməkdən yoruldu. Kor kişi ona dəyən zərbələrə cavab verməyə cəhd edəndə o gülürdü. Sonra ona başqa cür əzab verib həzz aldılar – onun üzünə şapalamaqla. Yer şumlayanlar, qulluqçu qızlar, hətta ev-eşiyi olmayan səfillər kor kişinin üzünə şapalaq vurur, o bu vaxt kipriklərini qırpanda gülüşərdilər. O harada və necə gizlənməyi bilmirdi. Həmişə qolları uzanılı gəzirdi ki, ona çox yaxın gələn adamlardan özünü qorusun.
Nəhayət, onu məcbur etdilər ki, dilınsin.
Bazar günləri onun aparıb şose yolunun qırağına qoyurdular. Maşın səsi, ya ayaq səslərui eşidəndə o bir addım irəli gəlir, kəkələyə-kəkələyə deyirdi:
–Nə olar, mərhəmət göstərin!
Ancaq kəndlilər çox da səxavıtli deyildi, kor kişi həftələrlə evə bir qəpik gətirmirdi.
Sonra o qəzəbin, nifrətin qurbanı oldu. Onun necə öldüyünü sizə danışıram.
Bir qış günündə hər yan qarla örtüldü, hər tərəf dondu. Belə havada yeznəsi yenə də onu şose yolunun qırağına apardı ki, dilənsin. Kor kişi bütün günü yol qırağında durdu, axşam olanda yeznəsi evdəkilərə dedi ki, onun yanına getmək üçün yol tapa blmir. Sonra o əlavə etdi:
–Tfu! Yaxşısı budur ondan narahat olmayın! Ona çox soyuq olduğundan kimsə onu evinə apardı. Qorxmayın! O itib-batan deyil! Sabah bir də gördünüz bir böyürdən çıxdı ki, gəlb sup payını yesin! Növbəti gün gün də kor kişi geri dönmdi.
Neçə saat yol qırağında gözləyəndən, soyuqdan tir-tir əsəndən sonra kor kişi gördü ki, soyuqdan ölür, ona görə də yola düzəldi. Yolu necə tapmağı bilmirdi, yol buzla örtülüdüyündə o gah yıxılır, gah arxa düşür, heç bir söz demədən o daldalanmaq üçün yolundan qalmırdı.
Qar da bir yandan yağırdı. Onun ayaqları gücdən düşürdü, onu dartıb irəli apara bilmirdi. Nıəhayət, o çölün ortasında oturdu. O bir daha ayağa qalxmadı.
Aramsız qağan qar kor kişinin üstünü örtdü. Onun donmuş, qaxaca dönmüş bədəni qar altda görünməz oldu. İndi həmin yerdə cəsəd olması heç kəsin ağlına gəlməzdi.
Onun qohumları bir həftə onu soraqlayıb axtardılar. Hətta özlərini ağlayan kimi göstərdilər.
Qış çox sərt keçdi. Yaz çox gec gəldi. Bir gün kəndlilər işə gedəndə bir yerdə çoxlu qarğa topasının fırlandığını gördülər. Sanki qarğalar qara yağış leysanı idi. Onlar topayla gah yerə enir, sonra yuxarı qalxırdılar.
O biri həftə qarğalar yenə də həmin yerdəydi. Həmin yerin üstündə o qədər qarğa vardı ki, sanki dünyanın hər yerindəki bütün qarğaları ora toplamışdılar . Onlar qarıldaya-qarıldaya aşağı enir, qarın əridiyi yerdə, torpaq üstündə nəyisə qurdalayırdılar. Cavan bir oğlan qarğalara tərəf getdi ki, görsün onlar orda nə edir . Kor kişinin cəsədini gördü. Cəsədin yarısını qarğalar artıq yemişdi. Onun kor, bulanıq suya bənzər gözləri yox olmuşdu, qarğalar dimdikləmişdilər.
O vaxtdan bəri günəş şəfəqlərini ətrafa yayanda mən o kor kişini xatırlayıb kədərlənirəm.Onun taleyini düşünürəm. Həyatda hər şeydən məıhrum olan dilənçi öləndə onu tanıyanlar özlərində yüngüllük hiss etdilər.
İngilis dilindən tərcümə edən: Sevil Gültən