- Ədəbiyyat

Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər

Molla Pənah VAQİF

Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,
Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.

Afəti-dəhr dəyər ol kəsə kim, kamildir,
Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.

Mərd igidlər özünə məhbəsi meydan bilir,
Sanma kim, nakəsü namərd bu meydanə düşər.

Eybdən saf çıxar, pakü mübərra görünür,
Hər tila kim, küreyi-atəşi-suzanə düşər.

Piçü tabə düşənin işi, bəli, üzdə olur,
Zülf bu vəchlə rüxsareyi-tabanə düşər.

Hər yaman yer ki, olur — yaxşılann mənzilidir,
Ləl daş içrə, xəzinə dəxi viranə düşər.

Şəmi-qəm şadlıq əyyamma xoş ziyvərdir,
Necə kim, xali-siyəh arizi-cananə düşər.

Ey Vidadi, qəmi-zindanə giriftar olmaq,
Bir sənə, bir mənə, bir Yusifı-Kənanə düşər.

Eşqə düşmək sənə düşmez, qocalıbsan belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.