- Mədəniyyət

“Mədəniyyət” kanalında yeni veriliş

Yanvarın 15-də “Mədəniyyət” kanalında efirə gedən “Xudafərin” verilişi çoxsaylı izləyicilərin rəğbətinə səbəb olub.

Verilişdə şair Turan Uğur, yazıçı Həmid Herisçi və tənqidçi Əsəd Cahangir Təbriz ədəbi mühitindən söhbət açaraq, yurddaşlarımızın qəlbində qubarlanan güney həsrətindən danışıblar.
Qeyd edək ki, Turan Uğur veriliş əsnasında Mədinə Gülgünün, Söhrab Tahirin, Səməd Vurğunun şeirlərini də səsləndirib. “Xudafərin” verilişinin ssenari müəllifi və aparıcısı Turan Uğur, quruluşçu rejissoru Cəmil Şirinbəyli, quruluşçu operatoru Elxan Novruzov, operatorları Ramil Qoca, Emin Əhmədzadə, montajçıları Kamran Məcidov, İlham Ələsgərov, redaktoru Sevinc Mütəllibovadır.
“Xudafərin” layihəsinin qəlbi Təbriz eşqi ilə döyünən hər kəsə bir böyük ərməğan olacağına əminik!

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova