- Cəmiyyət, Manşet

Rusiyada hərbi hissədə partlayış

Rusiyada partlayış olub.

Modern.az “Meduza”ya istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

Belə ki, bir hərbçinin əlindəki qumbaranın partlaması nəticəsində silah-sursat anbarında partlayış baş verib.

Hadisə zamanı 3 hərbçi həyatını itirib, 16 hərbçi yaralanıb. Daha 8 hərbi qulluqçunun taleyindən isə xəbər yoxdur.

Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.