Akademik Milli Dram Teatrında “Xanuma” tamaşası 100-cü dəfə nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə “Xanuma” tamaşasının uğurlu səhnə həllinin, mükəmməl rejissor işinin və ən önəmlisi bənzərsiz aktyor oyununun tarixi uğurdan danışıb.
Daha sonra qonaqlar səhnə əsərini izləyiblər.
Tamaşada Xanuma obrazını canlandıran Xalq artisti Bəsti Cəfərova AZƏRTAC-a açıqlamasında tamaşa barədə ətraflı məlumat verib. “Tamaşaçıların 15 il ərzində böyük maraqla izlədiyi tamaşanın premyerası 2011-ci ildə keçirilib. Bu səhnə əsəri teatrın uzun müddət davam edən təmirindən sonra nümayiş olunan ilk tamaşa idi. Sevindirici haldır ki, illərdir eyni maraqla izlənilir”, – deyə o əlavə edib.
Səhnə əsərində, həmçinin Xalq artistləri Cəfər Namiq Kamal, Hacı İsmayılov, Kazım Abdullayev, Səidə Quliyeva, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Məsmə Aslanqızı, Elşən Rüstəmov, Elnar Qarayev və aktyorlar Ramin Şıxəliyev, Elnur Qədirov, Vüsal Mustafayev, Elçin Əfəndi iştirak edirlər.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir. Tamaşada rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.









