- Ədəbiyyat

Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm

Molla Pənah VAQİF

Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm,
Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.

Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm.

Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin,
Daş bağırlı saqiyi-sahib-cəfadən küsmüşəm.

Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara,
Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm.

Gördüm əvvəl ki, binasın yarlıq etmek deyil,
Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm.