- Köşə

Novruz bayramı Ə. Cavad yaradıcılığında

Gülyaz Əliyeva

Novruz çıxıb taxtına,
Güllər düşüb baxtına
Kosa gəlir qabağa,
Nəzir salır tabağa
Çörəyi yoxdu Kosanın,
Xörəyi yoxdur Kosanın
A Kosa, Kosa gəlsənə,
Torbanı doldursana …….
Ə. Cavad

İndi Novruz bayramı adı ilə tanıdığımız bayram qədim türklərdə Törə- Yaradılış bayramı olub.
Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Professor Azad Nəbiyev deyir ki, ilaxır çərşənbələrlə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb. TÖRƏ- Türk millətinin mədəniyyətinin əsasını təşkil edən, ən önəmli qavramlarından biridir Lakin sonradan bəzi türk dövlətlərinin çağdaş dilində bu qavram “Türk Törəsi” şəkilində işlədilmədən alınma sözlərlə adlandırılır.Eləcə də Sasani imperiyası dövründən TÖRƏ-sözün fars sözü olan Novruzla əvəz ediblər.
Törənin önəmli olmasının bir səbəbi də Türk adının anlamından irəli gəlir. Bu günə qədər aparılan etimaloji araşdırmaların nəticəsində Türk adının bir çox məna ifadə etdiyi görülsə də, əsas olaraq Türk adının “törəmək, törəli, güclü, qüvvətli” anlamları ifadə etdiyi daha çox qəbul edilmişdir. Hikmət Tanyu “törə” kəliməsinin “tör” və ya “töz” kökündən gəldiyini və bu kəlimənin “atalardan qalma örf, adət, qanun” mənalarında istifadə edildiyini qeyd edir. Əslində bu gün biz Novruz bayramı adı ilə qədim TÖRƏ bayramını qeyd edirik.
Novruz bayramının yaradılışla , törə ilə bağlılığını sübut edən faktlardan biri də bu bayramdan öncə keçirilən 4 çərşənbə və onların adlarıdır Novruzdan danışanda ilk yada düşən Novruz öncəsi çərşənbələr olur Əcəba, niyə məhz 4 çərşənbə? Və niyə “Su”,”Od “,”Yel”,Torpaq”? Bu ən çox dünyanın yaradılışı ilə , onu yaradan 4 ünsürlə -su, od, torpaq və hava ilə əlaqədardır
Novruz çərşənbələri haqda bu cür məlumatlara Avestada da rast gəlinir Avestada qeyd edilir ki, Ahurəmazda əvvəlcə suyu yaratdı , sonra Odun köməyilə torpaq meydana gəldi və yel əsdi Yel əsməklə torpağı , ağacları yellədir və onlara can verir
Şah babamız Xətai:
Bizim üçün xəlq eylədin
Abü-atəş, xakü bad
Cismimizə can da verdin
Bizə adəm qoydun ad, –
deyərək, bu 4 ünsürü -su , od torpaq və havanı yaradılışın əsası kimi qeyd etmişdir
Füzuli də öz eşq dünyasının 4 ünsürdən , bu 4 ünsürü təmsil edən 4 aşiq obrazıarından və onların qarışdığı torpaqdan isə özünün yaranmasını , buna görə özünün sələflərindən daha güclü aşiq olmasını belə əsaslandırırdı :
Məcnun oda yandı şöleyi ah ilə pak
Vamiq suya batdı eşqdən oldu həlak
Fərhad həvəs ilə yelə verdi ömrün
Xak olduıar onlar , mənəm indi ol xak
Yəni dünyanın 4 ünsürdən yaranmasını hamı qəbul edib və təsdiqlənib Hətta Füzulinin eşq dünyası da bu 4 ünsürü təmsil edən 4 aşiq obrazından yaranmışdır Demık , Novruz bayramı, həqiqətən də, yaradılış, törəyiş, törə bayramıdır Baharın gəlişiylə yaradılış yenilənir, yenidən törəyir
Qışdan sonra il -gün yenilənir, təbiət qış yuxusundan ayılıb canlanır , yarpağı tökülmüş ağaclar yenidən tumurcuqlayır, çiçəkləyir, atlaz kimi parlaq zümrüd kimi yaşıl yarpaqlar açır, donmuş suların buzu əriyir, təbiətə yeni nəfəs gəlir , çəmənlər al -əlvan rəngə boyanır Təbiətlə həmahəng olan insan qəlbi də kini -küdurəti , küsülülüyü unudub , yenilənir, sevgi ilə, şəfqətlə yenidən vurmağa başlayər və qan qaynaması ilə insanın özü də, ruhu da yenilənir, yenidən törəyir
Xalqımızın qədim milli bayramı olan Novruz həmişə şifahi və yazılı ədəbiyyatımız üçün gözəl mövzu olub Yazın gəlişi , insanı və təbiəti riqqətə gətirən bahar -Novruz adət -ənənələri klassik və müasir şairlırimizin ilham qaynaqlarından biri olmuş və
şairlər onu vəsf etmiş, onu mənalandırmışlar Novruz bayramı , baharın gəlişi özünəməxsus sadəliyi, realizmi və xəlqiliyi ilə seçilən Ə Cavadın üçrəngli poeziyasından da yan keçməmiş, hətta bütün yaradıcılığı boyu qələmə aldığı mövzulardan olmuşdur Şairin təbiətə, Novruza həsr etdiyi şeirləri də sevgi və bədii-siyasi lirikası qədər çeşidli və zəngindir Təsadüfi deyil ki , Ə. Cavadın yazdığı “Novruz şeirləri ” silsiləsinə “Çillə şərqisu”, “,Yaza xitab”, “Böyük çillə”,”Kiçik çillə”, “Xıdır Nəbi”, “Boz ay”,”Dördatlı Yenicə gün” , “Dörd çərşənbə” “Birinci çərşənbə” (Su ) ,”İkinci çərşənbə “,(Yel) ,”Üçüncü çərşənbə” (Torpaq ) ,Dördüncü çərşənbə ” (Od) daxıldur Böyük çilləyə kiçik çilləyə və boz aya da şer həsr edən bu şairə görə ilaxır çərşənbə torpaq yox, od çərşənbədir ki , ona görə də ilaxır çərşənbədə daha möhtəşəm od , alov qalanır:
Ağırlığım , uğurluğum odda yansın deyə üstündən atlanırlar
“Yaza xitab “şeirində şair Novruzla bağlı bütün adət -ənənələri çox gözəl bildiyini sadə dillə ifadə edərək:
A Kosa ,Kosa gəlsənə,
Torbanı doldursana!
Kosa döyür gözünü,
İtiribdi özünü
Ocaq üstə sac qalıb,
Bütün qışı ac qalıb;
Torbasını uzadır,
Hamı bilir ,qaydadır,
Kosaya pay verirlər,
Kosaya hay verirlər, – yazır
“Böyük çillə “və “Kiçik çillə “şeirlərində hələ Novruz öncəsi çillələr barədə məlumat verir , çillə haqqındakə əhvalatlardan, o vaxt bişən yeməklərdən danışması , onları nəzmə çəkməsi şairin xalqın həyat tərzinə, yaşayışına, dolanışığına adət- ənınəsinə yaxından bələdçiliyinə dəlalət edir “Böyük çillə”
şerində Ə Cavad:
Onun ömrü qırx gündür,
Payızın davamıdır
Uzun qış əyyamıdır …
Qar səpir asta -asta,
Gülür tanışa dosta
Darıxdırmır heç kəsi,
Quyudan gəlir səsi, -deyir, böyük çillənin əlamətlərini aydın dillə , rəssamcasına təsvir edir
“Kiçik çillə”də isə kiçik çillənin xüsusiyyətlərini son dərəcə doğru ,dürüst ,realistcəsinə əks etdirir:
Böyük tufan başlayır
Böyük qardaş gedən tək
Şaxta tüğyan eləyir;
Kollar yerə sinərək, –
Vıyıldayır küləklər
Budaqları əyərək
Miyoldayır pişiklər
Bəzən gecə sübhəcən ……
Ocaqlar bərk qalanır,
Qazanda hədik bişir
Pəncərələr açılmır,
Qapılar tamam şişir …….
Kiçik qardaş zalım olur
Böyük qardaşdan yüz yol …..
Tezcənə başa vurur
Yarıda öz ömrünü!-deyir ki , həqiqətən də, kiçik çillə Böyük çillədən daha soyuq və amansız keçir ki, bu da öz əksini Ə. Cavadın şeirində tapmışdır Ə. Cavad kiçik çillədən sonra gələn Xıdır Nəbiyə, Boz aya da şeir həsr edərək onların vaxtlarını və xüsusiyyətlərini şirin dillə təsvir etmişdir:
Xıdır Nəbi bölərək
Az ömrünü çilləni,
Çırpır onun üzünə
Tərsinə bir şilləni
Deyir on gün bəsindir,
Qırıb-çatdın aləmi,
Sən qonaqsan, dünyanı
Dağıdarlar beləmi?
Qalan on gün mənimdir, – yazır ki, bununla kiçik çillədən sonrakı Xıdır Nəbinin 10 gün olduğunu bildirir
“Boz ay” şeirində:
Gah bozarır, gah qızarır,
Gah qızarır, gah bozarır
Günəş çıxır, gah da batır
Yazla -qışın arasında
Hava meyxoş, hava sərin,
Qışla-Yazın arasında
Bu nə qışdır, bu nə yazdır?
Soyuq çoxdur, isti azdır
Günəş doğur, bəs Günəşin,
O istisi harda qaldı?
” Boz ay” şeirində də şair boz ayın xüsusiyyətlərini bir -bir sadalayır , aydın dilıə uşaqlara, böyüklərə çatdırır
“Yel baba”, “Dördatlı Yenicə gün” şeirlərindən sonra isə sıra ilə Dörd çərşənbəyə həsr etdiy “Birinci çərşənbə”:
Açıldı hava
Qurtardı dava
Getdi qış,
Gəldi yaz
Doğdu Günəş,
Bitdi ayaz
Çölə çıxdı
Qoyun -quzu
Güldü yenə
Göyün üzü
Güldü yenə
Yerin üzü…..
Görən deyir:
-Üzə duran
Meyxoş meh də
Gözəl Yazın havasıdır!
Göründüyü kimi son dərəcə oynaq , sadə , 4 hecalı şeir növündə yazılmış bu şeir uşaqların öyrənməsi üçün son dərəcə asan və tez əzbırlənəndir Ə Cavad 1-ci şeiri Mehə həsr edib
İkinci çərşənbə:
Bulaqların gözü açıq,
Ormanların üzü açıq
Durnalardır uçub gələn
Qaqqıldaşa-qaqqıldaşa!

Çaylar axır dəryalara
Şaqqıldaşa-şaqqıldaşa!
Göründüyü kimi 2-ci çərşənbəni Ə. Cavad suya həsr etmişdir
Torpağa bax, torpağa
Sanki qalxır ayağa
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi….
Səpin olsun , biçin olsun,
Gülsün hər bir bucağım!..-misraları ilə bitən “Üçüncü çərşənbə “şeirini torpağa həsr etmişdir
“Dördüncü çərşənbə” isə oda həsr olunub:
Mən oddan yaranmışam,
Oddur südüm, nəfəsim
Od rənginə boyanmışam,
Oddur gücüm, oddur səsim!
Taxtım da oddur mənim,
Oddur gülüm, çəmənim!
Qaynar sular canımdadır,
Vulkanları qanımdadır!
Ömrüm günüm odda yaşar,
Meyvəlırim oda oxşar
Odlar mənim hakimimdir,
Mən odların hakimiyəm!
Babam oddur, anam oddir,
Odur ki mən od kimiyəm
Odsuz daşa oxşayardım,
Odsiz sonsuz yaşayardım !-deyərək , Novruza həsr etdiyi şeirlərdən “Dördüncü çərşənbə” şeirində oddan danışaraq, bundan sonra Günəşin yeri, torpağı daha çox isitdiyini, havanın istiləşməyə başladığına əsaslanaraq, 4-cü çərşənbənin Od çərşənbəsi olduğunu bildirmişdir
Bu son dərəcə oxunaqlı , sadə və uşaqların yaş səviyyəsinə uyğun şeirləri dərsliklərə salmaq, məncə, bu gün həm Novruz bayramı haqda şagirdlərə məlumat vermək, həm də ilk himnin, ilk marşın, ilk bayrağa həsr olmuş şeirin müəllifi olan ilk Cümhuriyyət şəhidi olan Ə Cavadın yaradıcılığı ilə uşaqları tanış etmək baxımından da məqsədəuyğun olardı:
Qabağı yazdır çillənin,
Ömrü azdı çillənin
Yer bürünür ağ qara,
Təslim olur bahara
Ağ bayraqlı Qış gedir,
Al bayraqlı Yaz gəlir!
Yaz gəlir , təbiət yenilənir Gəlin biz də təbiətin ayrılmaz bir hissəsi olaraq, yenilik yaradaq və yenilənək!