- Mədəniyyət

“O olmasın, bu olsun” tamaşası növbəti dəfə göstərilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə nümayiş edilib.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Həmişəki kimi, bu dəfə də aktyorların məharətli çıxışı səhnə əsərlərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

İlk tamaşası 1911-ci ildə oynanılan bu əsərin Akademik Musiqili Teatrdakı sonuncu quruluşu Xalq artisti, rejissor Cənnət Səlimovaya aiddir.

Premyerası 1998-ci il dekabrın 4-də keçirilən səhnə əsəri 75-ci dəfə təqdim olunub.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova